"Liverpul"da yeni müqavilə imzalanıb.
Bizim.Media xəbər verir ki, Trey Nioninin sözləşməsinin müddətini uzadıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
18 yaşlı yarımmüdafiəçi ilə uzunmüddətli müqavilə imzalanıb. İngiltərənin U-20 millisinin üzvü ilə sözləşməsi 2030-cu ilin iyununa qədərdir.
Qeyd edək ki, Trey Nioni 2023-cü ilin yayında "Lester"in akademiyasından "Liverpul"a transfer olunub. Gənc oyunçu ötən mövsüm Mersisayd təmsilçisinin əsas komandasında 5 rəsmi matçda meydana çıxıb və 1 qol ötürməsi edib.
Bizim.Media