Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
Millət vəkili qeyd edib ki, Rusiyanın siyasətinin kökündə dayanan və digər xalqlara, xüsusilə də müsəlman və türk xalqlarına qarşı dözümsüzlük, ayrı-seçkilik, diskriminasiya, islamofobiya halları güclənməkdədir. Bu reallığı da xüsusi qeyd etməliyik ki, bəzi dünya gücləri Azərbaycanın müstəqil siyasətini həzm edə bilmədiklərini zaman-zaman atdıqları addımlar vasitəsilə nümayiş etdirirlər. Ölkəmizə qarşı təzyiq cəhdləri həmin addmlar sırasındadır. Yekaterinburqda baş verən qətl hadisəsi də bu təzyiqlərin növbəti təzahürüdür. Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı həyata keçirdiyi zorakılıq və qanunsuz həbslər beynəlxalq hüquq normalarına tamamilə ziddir.
Bu artıq qonşuluq, tərəfdaşlıq deyil, riyakarlıqdır. Bir müddət öncə Azərbaycanın informasiya resurslarına qarşı kiberhücum təşkil olundu və bunun arxasından da Rusiya çıxdı. Rusiya ölkəmizə qarşı hansı mövqedə dayandığını bəzi məqamlarda “özünə sirr, başqlarına bəlli olan” şəkildə nümayiş etdirir. Bunun üçün 30 illik işğal dövrünü yada salmaq kifayətdir.
Vüqar Rəhimzadə vurğulayıb ki, 2020-ci ilin 44 günlük İkinci Qarabağ müharibəsində Ermənistanla bərabər onun dünyadakı havadarlarını da məğlubiyyətə uğradan tarixi Zəfərimizdən, 2023-cü ildə lokal xarakterli antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpasından təşvişə düşənlərin sayı daha da artır. Ərazi bütövlüyünü və suverenliyini tam bərpa edən Azərbaycan bu gün dünyada söz sahibi olan dövlətə çevrilib. Yeni reallıqları ilə regionda və dünya siyasətində yeniliklərə nail olur. Dünyanın bütün siyasi qütbləri ilə balanslaşdırılmış xarici siyasət yürüdən Azərbaycan bu gün regionda sabitliyin və dayanıqlılığın nümunəsidir. Məhz bu səbəblərdən Rusiya Azərbaycana qarşı təzyiqlərini artırmağa çalışır. Belə hallarda Rusiyada adətən “miqrant ovu” başlayır. Miqrantlar əsassız olaraq “ağır ittihamlar”la üzləşirlər. Bu cür hallar təkcə Yekaterinburqla məhdudlaşmır, Rusiyanın demək olar ki, digər iri şəhərlərində müşahidə olunur. Ukrayna ilə müharibədə insan qıtlığı ilə üzləşən Rusiyada miqrantların müxtəlif təzyiq, şantaj, məcburetmə yolları ilə müharibəyə aparılması tendensiyası açıq müşahidə olunur. Rusiyada ənənəvi olaraq hər zaman digər xalqlara qarşı şovinist əhval-ruhiyyə hökm sürüb, diskriminasiya geniş yayılmış praktikaya çevrilib. Görünür, artıq müsəlman xalqlarına, bu ölkədə yaşayan və ya ora gedən müsəlmanlara qarşı da açıq təzyiqlərə start verilib. Bu, Rusiyada islamofobiyanın alovlandırılması deməkdir. Rusiyanın milli siyasətində digər xalqlara qarşı dözümsüzlük, ayrı-seçkilik, diskriminasiya və islamofobiya güclənir. Ukrayna ilə müharibədə istədiyi nəticəni əldə edə bilməyən Rusiya digər xalqların nümayəndələri arasından düşmən axtarışına başlayıb. Kremlin əlaltısı olan Solovyov kimi ünsürlərin şovinist, açıq anti-Azərbaycan çıxışları məsələnin nə yerdə olduğunu, bütün bu prosesin idarə olunduğunu aydın göstərir.
Millət vəkili bildirib ki, əgər bu gün Rusiya ona qardaş olan, dili, dini eyni slavyan Ukrayna xalqına qarşı belə qəddar siyasət yürüdürsə, bu ölkənin şəhər və kəndlərini yer üzündən silirsə, Buçada soyqırımı həyata keçirirsə, yaşayış məntəqələrini ən son dağıdıcı silahlarla məhv edirsə, onda digər xalqlara qarşı daha qəddar davranışı təəccüb doğurmur. Rusiyada azərbaycanlılara, özbəklərə, qırğızlara, türkmənlərə və digər millətlərin nümayəndələrinə qarşı həyata keçirilən şovinist, diskriminasiya siyasəti sistemli hal alıb. Rusiya hüquq-mühafizə orqanlarının “ixtira” etdiyi və geniş şəkildə istifadə edilən “etnocinayətkarlıq” anlayışı da sadəcə bu ölkədə digər xalqların nümayəndələrinin cinayətkar kimi təqdim olunmasına hüquqi əsas yaratmağa hesablanıb.
10Sources
-
tribunainfo.azMoskva Bakıya NOTA verdi, davamlı təzyiq göstərir: amma Bakı artıq “o Bakı” deyil! ( 18820735)
-
tribunainfo.azMoskva Bakıya NOTA verdi, davamlı təzyiq göstərir: amma Bakı artıq “o Bakı” deyil! ( 18820723)
-
musavat.comMoskva Bakıya NOTA verdi, davamlı təzyiq göstərir: amma Bakı artıq “o Bakı” deyil! ( 18820048)
-
azertag.azHikmət Cavadov: Azərbaycanlılara qarşı repressiyalar Rusiyanın zəifliyinin əlamətidir ( 18818806)
-
musavat.comRusiya XİN: "Xarici qüvvələr Rusiya-Azərbaycan münasibətlərinə təxribat törətməyə çalışır" ( 18816199)
-
interpress.azCənubi Qafqazda güc mərkəzi DƏYİŞİR: Kreml əsəbiləşir, Bakı GÜCLƏNİR ( 18816013)
-
herbiand.azDiaspor rəhbəri: Azərbaycanlılara qarşı repressiyalar Rusiyanın zəifliyinin əlamətidir ( 18815815)
-
editor.azGərginlik PİK HƏDDƏ: “Rusiya bu dəfə Azərbaycana qarşı…” ( 18815764)
-
turkustan.azRusiya XİN-dən Azərbaycanla bağlı vacib AÇIQLAMA ( 18815527)
-
cebheinfo.azRusiya XİN-dən Azərbaycanla bağlı vacib açıqlama ( 18815503)