EN

Azərbaycanda HPV peyvəndi ilə bağlı sorğular keçiriləcək - RƏSMİ

BAKI, 30 iyun. TELEQRAF

Hazırda Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə insan papilloma virusuna (HPV) qarşı peyvəndin tətbiqinə cəmiyyətin hazırlıq səviyyəsinin öyrənilməsi-qiymətləndirilməsi məqsədi ilə sorğuların keçirilməsi üçün hazırlıq işləri aparılır.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq nazirlikdən məlumat verilib.

Bildirilib ki, sorğuların nəticələrindən asılı olaraq peyvənd alınmasına, yaxud da əhali arasında HPV peyvəndinin qadınları uşaqlıq boynu xərçəngindən qorumaq üçün təhlükəsiz və effektiv olması barədə maarifləndirmə işlərinə başlanacaq.

Qeyd edək ki, ötən ilin sonunda ÜST-nin Azərbaycan nümayəndəliyinin direktoru Hande Harmancı insan papilloma virusuna qarşı peyvəndin Peyvənd Təqviminə salınması istiqamətində Səhiyyə Nazirliyi ilə danışıqlar aparıldığını bildirmişdi.

Chosen
41
12
teleqraf.com

10Sources