EN

Neft ucuzlaşır - Bu qiymətə oldu

Bazar ertəsi dünya neft qiymətləri təkliflərin inkişafı və "qara qızıl" bazarında tələb artımı ilə bağlı qeyri-müəyyənlik fonunda ucuzlaşır.

Publika.az "Reuters"ə istinadla xəbər verir ki, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti bir barel üçün 0,25% azalaraq 66,63 dollara, "WTI" markalı neftin avqust fyuçersləri isə 0,46% ucuzlaşaraq 65,22 dollara düşüb.

Məlumata görə, cümə günü neft hasilatına könüllü (mövcud kvotalara əlavə) məhdudiyyətlər tətbiq edən səkkiz OPEC+ ölkəsi iyulun 6-da keçiriləcək iclasda avqust ayında neft hasilatının gündəlik 411 min barel artırılması imkanını nəzərdən keçirmək niyyətində olduqlarını açıqlayıb.

Bununla yanaşı, ekspertlərin fikrincə, neftə qlobal tələbatın, xüsusən də Çindən olan tələbatın azalması ilə bağlı narahatlıqlar hələ də qalmaqdadır və xammalın qiymətlərini saxlaya bilər. Bildirilir ki, Çində istehsal fəaliyyəti iyun ayında ABŞ administrasiyasının tətbiq etdiyi idxal rüsumları ilə bağlı qeyri-müəyyənlik fonunda ardıcıl üçüncü aydır ki, aşağı düşüb.

Chosen
14
36
publika.az

10Sources