EN

Məcnun Məmmədov FAO-nun təşkilatçılığı ilə keçirilən nazirlərin xüsusi tədbirində iştirak edib

Bakı. Trend:

İtaliyada səfərdə olan kənd təsərrüfatı naziri Məcnun MəmmədovBMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Romadakımənzil-qərargahında keçirilən “Həssaslıqdan Dayanıqlılığa — İnkişafetməkdə olan Kiçik Ada Dövlətlərdə (SIDS), Az İnkişaf EtmişÖlkələrdə (LDC-lər) və Dənizə Çıxışı Olmayan İnkişaf etməkdə olanÖlkələrdə (LLDC-lər) ərzaq təhlükəsizliyinin və daha yaxşı həyatıngücləndirilməsi” mövzusunda nazirlərin yüksəksəviyyəli xüsusitədbirində iştirak edib.

Trend xəbər verir ki, tədbiriaçan FAO-nun Baş direktoru Qu Donqyu qlobal iqlim dəyişikliyi,iqtisadi qeyri-sabitlik səbəbindən inkişaf etməkdə olan ölkələrinqidaya olan ehtiyacının ödənilməsində və ərzaq təhlükəsizliyinintəmin olunmasında çətinliklərlə üzləşdiklərini bildirib. Başdirektor vurğulayıb ki, inkişaf etməkdə olan ölkələrin aqroərzaqsistemlərinin həssaslıqdan dayanıqlılığa çevrilməsiuyğunlaşdırılmış həllər, texnoloji innovasiyalar və gücləndirilmiştərəfdaşlıqları özündə əks etdirən çoxşaxəli yanaşma tələbedir.

Tədbirdə qlobal ərzaq təhlükəsizliyinə artan təhdidlər, xüsusiləiqlim dəyişikliyi, resurs çatışmazlığı, iqtisadi qeyri-sabitlik vəqeyri-bərabər inkişafın yaratdığı çağırışlar fonunda dayanıqlı,inklüziv və transformativ aqroərzaq sistemlərinin qurulmasınınzəruriliyi vurğulanıb. Tədbirdə çıxış edənlər bir-biri ilə əlaqəlivə aktual problemlərin həllində kollektiv fəaliyyət və birgəsəylərin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.Mütəxəssislərin fikrincə, ərzaq təhlükəsizliyinin təminatınayönəlmiş ən yaxşı təcrübələr və innovativ həllərin bölüşülməsi buölkələrdə inklüziv və dayanıqlı aqroərzaq sistemlərinin inkişafınaəhəmiyyətli təkan verə bilər.

Tədbir “Kənd təsərrüfatı sistemlərində məhsuldarlığın vədavamlılığın artırılması üçün texnologiya və innovasiyanın tətbiqiilə potensialın müəyyənləşdirilməsi”, “Həssas dövlətlərdə qidalanmavə inkişaf”, “Dayanıqlı aqroərzaq sistemləri üçün maliyyələşdirməvə tərəfdaşlıqlar” mövzularında panel sessiyalarla öz işini davametdirib. Panel sessiyalarda iqlim dəyişikliyi və təbii ehtiyatlarıntükənməsi, yeni çağırışlara uyğun dayanıqlı kənd təsərrüfatısisteminin yaradılması, aqrar sahənin rəqəmsal transformasiyası, busahədə texnologiya transferi, qabaqcıl təcrübələrin bölüşülməsiməsələləri müzakirə olunub. Mütəxəssislər torpaqların mühafizəsi,biomüxtəlifliyin qorunması, su resurslarından səmərəli istifadə,müasir texnologiyaların tətbiqinə əsaslanmaqla iri taxılçılıqtəsərrüfatlarının yaranması, məhsuldarlığın artırılması, buğda iləözünütəminetmə səviyyəsinin yüksəldilməsi, emal sənayesinininkişafı ilə bağlı öz fikirlərini bölüşüblər.

Chosen
35
12
az.trend.az

10Sources