AZ

Türkiyə FAO şurasına üzv seçildi - Rusiya və Belarus isə...

Türkiyə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) üst rəhbərliyi olan şuraya üzv seçilib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, namizədlik prosesində Türkiyə, Fransa, Rusiya, Ukrayna və Belarus iştirak edib: "Türkiyə Avropa qrupunda 2025-2028-ci illər üçün şuraya üzv seçilib. 141 ölkənin səs verdiyi seçkidə Türkiyə 127 səs toplayıb. Fransa-İtaliya ortaqlığı 114 səslə, Serbiya-Ukrayna ortaqlığı isə 90 səslə şuraya gətirilib. Rusiya və Belarus isə yetərli səs toplaya bilmədiklərindən ofsaydda qalıblar".

Lamiyə Əhmədli

MİA.AZ

Seçilən
5
49
mia.az

10Mənbələr