"Kəpəz" daha bir futbolçusu ilə yolları ayırıb.
"Football-plus.az" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tural Rzayevlə başa çatan müqavilə yenilənməyib.
"Kəpəz"in yetirməsi olan Rzayev komandada 2015-16-cı illər mövsümdə debüt edib. O, "sarı-göylər"in heyətində 6 mövsüm keçirib. Bu müddətdə o, 122 oyuna çıxıb və 1 qol vurub.
Qeyd edək ki, "Kəpəz" bundan əvvəl Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko,Dioqo Verdaşka, Rojerio Santos və Valdemar Almeyda ilə yolları ayırıb.