"Kəpəz" klubunda növbəti ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, Gəncə təmsilçisi yarımmüdafiəçisi Tural Rzayev ilə vidalaşıb. Futbolçu ilə müddəti bitən müqavilə yenilənməyib.
Gəncə futbol məktəbinin yetirməsi olan Rzayev "Kəpəz"də 2015-2016-cı illər mövsümdə debüt edib. O, "sarı-göylər"in heyətində 6 mövsüm keçirib. Bu müddətdə 122 oyuna çıxıb və 1 qol vurub.
Qeyd edək ki, "Kəpəz" daha öncə Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko, Dioqo Verdaşka, Rojerio Santos, Valdemar Almeyda ilə yollarını ayırıb.