AZ

"Kəpəz" daha bir futbolçu ilə vidalaşıb

"Kəpəz" daha bir futbolçusu ilə yolları ayırıb.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Tural Rzayevlə başa çatan müqavilə yenilənməyib.

"Kəpəz"in yetirməsi olan Rzayev komandada 2015-2016-cı illər mövsümdə debüt edib. O, "sarı-göylər"in heyətində 6 mövsüm keçirib. Bu müddətdə o, 122 oyuna çıxıb və 1 qol vurub. 

Qeyd edək ki, "Kəpəz" bundan əvvəl Trent Buhagiar, Rati Ardazişvili, Kərim Lkoça, Yeqor Xvalko,  Dioqo Verdaşka, Rojerio Santos və Valdemar Almeyda ilə yolları ayırıb.

“Kəpəz” 3 legioneri ilə yollarını ayırdı - RƏSMİ

Murad Xaçayev rəsmən “Neftçi”də

“Sabah” daha bir legionerini göndərdi

Patrik Andrade: "Qara Qarayev bura gəlməyi məsləhət bildi"

“Kəpəz” kapitanı ilə vidalaşdı

Seçilən
10
6
apasport.az

7Mənbələr