EN

"Neftçi" milli komandanın futbolçusunu transfer etdi

“Neftçi” Azərbaycan milli komandasının üzvü Elvin Bədəlovu transfer edib.

Axar.az xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan Elvin Bədəlov 2014-2017-ci illərdə “Neftçi”nin şərəfini qoruyub. Sonuncu klubu “Sumqayıt”da (2019-2025) Samir Abasovun rəhbərliyi altında da çıxış edib. O, millidə 10 oyun keçirib.
Chosen
22
32
sherg.az

10Sources