AZ

"Neftçi" növbəti yeni transferini açıqladı

“Neftçi” Azərbaycan milli komandasının üzvü Elvin Bədəlovu transfer edib.

Sportinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçi ilə 2 illik müqavilə bağlanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Rusiyanın “Zenit” (Sankt-Peterburq) klubunun yetirməsi olan Bədəlov 2014-2017-ci illərdə "Neftçi"nin şərəfini qoruyub. Sonuncu klubu “Sumqayıt”da (2019-2025) baş məşqçi Samir Abasovun rəhbərliyi altında da çıxış edib. O, millidə 10 oyun keçirib.

Seçilən
7
32
sportinfo.az

10Mənbələr