EN

Bastrıkin azərbaycanlılarla bağlı cinayət işinin istintaqına dair hesabat tələb edib

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Sverdlovsk vilayətində azərbaycanlılarla bağlı cinayət işinin istintaqı ilə əlaqədar vəziyyətlə bağlı hesabat tələb edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, Bastrıkin Rusiya Federasiyası İstintaq Komitəsinin Sverdlovsk vilayəti üzrə rəhbəri vəzifəsini icra edən Andrey Nadbitova vəziyyətlə bağlı ətraflı məruzə hazırlamağı tapşırıb.

Chosen
54
50
apa.az

10Sources