AZ

Baydenin rəvayətlərinə qulaq asmayın - Dmitriyev

Rusiya prezidentinin xarici ölkələrlə investisiya və iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev Avropa İttifaqını (Aİ) və dünyanı xilas etmək üçün ABŞ-ın keçmiş prezidenti Co Baydenin rəvayətlərinə qulaq asmamağa çağırıb. 

News24.az xəbər verir ki, Bu barədə o, X sosial şəbəkəsində yazıb .

"Xahiş edirəm, Baydenin yalan hekayələrinə qulaq asmağı dayandırın - Aİ və dünyanı xilas edin".

Putinin xüsusi nümayəndəsinin sözlərinə görə, Avropa liderlərinin Baydenə üz tutması və onun məsləhətlərinə qulaq asması Aİ-nin səhv addımıdır.

Bayden daha əvvəl demişdi ki, Avropa dövlət başçıları ona zəng edərək ABŞ siyasətində daha fəal rol almasını xahiş edirlər. Keçmiş Amerika lideri əlavə edib ki, o, bunu etmir, əvəzində onlara məsləhətlər verir.

Aqil

Seçilən
11
16
news24.az

10Mənbələr