AZ

Tramp Çinə nə vaxt səfər edəcək? VİDEO

Azvision portalından verilən məlumata əsasən, ain.az bildirir.

AzVision.az “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Trampın Çinə səfəri 2025-ci ilin oktyabrında Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Malayziyada keçiriləcək sammiti çərçivəsində baş tuta bilər. İyunun 5-də Tramp Çinin sədri Si Cinpinin onun Pekinə səfəri barədə dəvətini qəbul etdiyini açıqlayıb. Ağ Ev səfərin hələ təsdiqlənmədiyini, habelə Trampın “qırğıları”nın – Dövlət katibi Marko Rubionun, senatorlar Tom Kottonun və Coş Houlinin də buna qarşı olduğunu vurğulayır. “Çinə səfər çox güman ki, may ayında ABŞ prezidentinin Yaxın Şərqə səfərinə bənzəyəcək”, - agentlik yazır. Mayın ortalarında Ağ Evin rəhbəri mayın 13-dən 16-dək Yaxın Şərqə səfəri çərçivəsində Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) olub.

Vaşinqton və Pekin razılığa gəldilər | VİDEO

Bu səfər zamanı BƏƏ hakimiyyəti 2035-ci ilə qədər ABŞ iqtisadiyyatına 1,4 trilyon dollar sərmayə qoymağı planlaşdırdıqlarını açıqlayıb. Trampın sözlərinə görə, Qətər isə ABŞ ilə 42 milyard dollar dəyərində hərbi texnika və texnologiya tədarükünə dair müqavilə imzalayıb. Ağ Evin rəhbəri, həmçinin Vaşinqtonun Səudiyyə Ərəbistanına dəyəri 100 milyard dollardan artıq silah paketi təklif etməyə hazır olduğunu deyib. Xatırladaq ki, bir həftə əvvəl isə, Çinin Ticarət nazirliyi ABŞ ilə Çin arasında əvvəllər tətbiq olunan bəzi məhdudlaşdırıcı tədbirlərin aradan qaldırılması sahəsində razılığa gəlindiyini açıqlayıb. Sahil İsgəndərov

AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
16
50
azvision.az

10Mənbələr