EN

“İmişli” “Turan Tovuz”un müdafiəçi ilə ortaq məxrəcə gəldi

sport24.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

2025/26 mövsümündə Premyer Liqada mübarizə aparacaq "İmişli" heyətini komplektləşdirməkdə davam edir. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi yerli futbolçu ilə güclənib.

Rayonun eyniadlı təmsilçisi ötən mövsüm "Turan Tovuz"un formasını geyinən Rüfət Əhmədovla ortaq məxrəcə gəlib.  22 yaşlı müdafiəçi yeni mövsümdə "İmişli"nin uğurları üçün çalışacaq.

Qeyd edək ki, Əhmədov ötən mövsüm "boz qurdlar"ın heyətində 14 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
13
50
sport24.az

10Sources