“Sabah” daha bir futbolçusu ilə vidalaşıb.
"Football-plus.az" xəbər verir ki, Vinsent Till ilə yolları ayrılıb.
Lüksemburqlu yarımmüdafiəçinin mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.
Till 2023-cü ildən etibarən “Sabah”ın uğurları üçün çalışırdı. O, komandanın heyətində 35 oyuna çıxaraq 3 qol vurub.