İsfahanda bombalanan nüvə obyektinin peykdən çəkilən görüntüləri paylaşılıb.
Axar.az xəbər verir ki, bu barədə "Azad İran" Teleqram kanalı məlumat yayıb.
Kadrlardan aydın olur ki, İsrailin hücumları nəticəsində İsfahan şəhərində yerləşən və dərinliyi ən azı 100 metr olan nüvə obyektinin girişi bağlanıb.
Xatırladaq ki, İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Təxminən bir sutkadan sonra İran cavab zərbələri endirib. Sonrakı günlərdə də tərəflər qarşılıqlı olaraq bir-birini atəşə tutmağa davam ediblər. İyunun 22-də ABŞ də münaqişəyə qoşularaq İsfahan, Fordo və Natanzdakı nüvə obyektlərini bombalayıb. İyunun 23-də Tehran ABŞ-nin Yaxın Şərqdə ən böyük hərbi hava bazası olan Qətərdəki "Əl-Udeyd" bazasına raket zərbəsi endirib. Daha sonra Amerika prezidenti Donald Tramp İsrail və İranın atəşi tamamilə dayandırmağa razılaşdıqlarını bəyan edib. İyunun 24-də atəşkəs qüvvəyə minib.