EN

“Əl Nəsr”in hücumçusu “Fənərbağça”dan vaxt istədi

futbolpress-az saytına istinadən ain.az xəbər verir.

“Fənərbağça” “Əl Nəsr”in futbolçusu Con Duranı heyətinə qatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, İstanbul klubu 21 yaşlı hücumçu ilə danışıq aparıb və oyunçunun bütün şərtlərini qəbul edib. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Duran “Fənərbağça”dan düşünmək üçün vaxt istəyib.

Kolumbiyalı futbolçu başa çatan mövsümdə 18 oyunda 12 qol vurub. O, ilin əvvəlində 77 milyon avro qarşılığında “Aston Villa”dan “Əl Nəsr”ə keçib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
50
futbolpress.az

10Sources