"Beşiktaş" klubu Temmi Abraham ilə rəsmi müqavilə imzalayıb. 

Offsideplus.az xəbər verir ki, "qara qartallar" ötən gündən İstanbula gələn futbolçunu KAP-a bildirib. "Beşiktaş"  2025-26 sezonunda icarəyə götürdüyü 27 yaşlı müdafiəçi üçün "Roma"ya 2 milyon avro ödəniş edəcək. Türkiyə klubu 2026-27 mövsümündən etibarən 2030-cu ilə qədər isə 13 milyon avro birbaşa transfer haqqı ödəyəcək. 

T.Abraham "Beşiktaş"da illlik 6 milyon avro qazanacaq, bu məbləğ növbəti sezonlarda 500 000 avro artacaq.