AZ

Zəngəzurun "Sünik" klubu Ermənistan Premyer Liqasına BURAXILMADI

Yazını böyüt
Yazını kiçilt

Zəngəzurun "Sünik" klubu infrastruktur problemi səbəbindən futbol üzrə Ermənistan Premyer Liqasına buraxılmayıb.

Hafta.az xəbər verir ki, bu barədə Ermənistan Futbol Federasiyasının (EFF) İcraiyyə Komitəsinin iclasında qərar qəbul olunub.

Klub I Liqada çempion olmasa da, idman prinsiplərinə əsasən, elitaya vəsiqə qazanıb. Lakin Qafandakı "Lernaqorts" stadionunun Premyer Liqa standartlarına hələlik uyğun gəlmədiyi açıqlanıb. Həm bu məqamı, həm də "Sünik"in siyasətinin Zəngəzurda futbolun inkişafına yönəldiyini nəzərə alaraq, klubun daha bir mövsüm I Liqada çıxış etməsi məqsədəuyğun sayılıb. Rəhbərlik bildirib ki, Premyer Liqaya çempion kimi qayıtmaq istəyir.

Əvəzində Premyer Liqa lisenziyası qazanan yeganə klub "Qandzasar" elitaya buraxılıb.

Digər tərəfdən, Ermənistan Premyer Liqasının yeni formatı müəyyənləşib. Qərara alınıb ki, qarşıdakı 4 mövsüm ərzində çempionatda 10 komanda 3 dövrəlik mübarizə ilə çıxış etsin. Klubların start heyətində isə ən azı 3 oyunçu Ermənistan futbolunun yetirməsi və ya Ermənistanın müxtəlif yaş qruplarından ibarət millilərinin üzvü, oyunların iştirak ərizəsində isə 23 futbolçudan 9-u yerlilərdən ibarət olmalıdır.

Seçilən
1
50
hafta.az

10Mənbələr