EN

Qusarda avtomobil qəzasında xəsarət alan 7 nəfərin kimliyi məlum olub - Yenilənib

Qusar rayonunda baş verən avtomobil qəzasında xəsarət alan Azərbaycan və Pakistan vətəndaşlarının kimliyi məlum olub...

"Report"un Şimal bürosunun məlumatına görə, qəza zamanı xəsarət alan Pakistan vətəndaşları Munib Rəhman, Caqdeş Kumar, Avinaş Avinaş, Raza Alim və Umair Rafiqdir.

Qəzada xəsarət alan Azərbaycan vətəndaşları isə Sahil Rüstəmov və onun bacısı Günay Məmmədovadır.

***

Qusar rayonunda 8 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası qəzası baş verib.

"Report"un Şimal bürosunun məlumatına görə, Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan mikroavtobus rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində 3 Azərbaycan və 5 Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.

Poliqon.info 

Chosen
67
42
poliqon.info

10Sources