Qusar rayonunda baş verən avtomobil qəzasında xəsarət alan Azərbaycan və Pakistan vətəndaşlarının kimliyi məlum olub.
Yenisabah.az xəbər verir ki, bu, Pakistan vətəndaşları Munib Rəhman, Caqdeş Kumar, Avinaş Avinaş, Raza Alim və Umair Rafiqdir.
Xəsarət alan Azərbaycan vətəndaşları isə Sahil Rüstəmov və onun bacısı Günay Məmmədovadır.
Qəza Qusar-Şahdağ avtomobil yolunda hərəkətdə olan mikroavtobus rayonun Çiləgir kəndi ərazisində yoldan çıxaraq aşıb.
Telegram kanalımız