Qusarda 8 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Qusar-Şahdağ avtomobil yolunun Çiləgir kəndi ərazisindən keçən hissəsində baş verib.
Beləki, turistləri daşıyan mikroavtobus yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində 2 Azərbaycan və 5 Pakistan vətəndaşı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Hadisə ilə bağlı araşdırma aparılır.
***
Qəza zamanı xəsarət alan Pakistan vətəndaşları Munib Rəhman, Caqdeş Kumar, Avinaş Avinaş, Raza Alim və Umair Rafiqdir.
Xəsarət alan Azərbaycan vətəndaşları isə Sahil Rüstəmov və onun bacısı Günay Məmmədovadır.
Mübariz Muradov