EN

Kinostudiya fəaliyyətini davam etdirir - “Azərbaycanfilm” (FOTO)

Bakı. Trend:

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası dünənkipatlayışdan sonra hazırda gündəlik fəaliyyətlərini davametdirdikləri ilə bağlı məlumat yayıb.

Trendkinostudiyanın məlumatına istinadən xəbər verir ki, hadisə uzunmüddət istifadə olunmayan anbarda baş verib.

"2025-ci il 26 iyun tarixində Cəfər Cabbarlı adına“Azərbaycanfilm” kinostudiyasının arxa tərəfində yerləşən, uzunmüddət istifadə olunmayan anbarda baş verən partlayışla bağlıhadisə yerində Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizəorqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları işləyir,hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədiləaraşdırmalar davam edir.

Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digəraidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür,əraziyə texniki ekspertlər cəlb olunub.

"Azərbaycanfilm" kinostudiyasının binası zərər görməyib, xəsarətalan yoxdur.

Baş verən hadisəylə bağlı isə araşdırmalardan sonra ictimaiyyətərəsmi məlumat veriləcək.
Kinostudiya gündəlik fəaliyyətini davam etdirir. Pavilyonlarda filmçəkilişləri ilə bağlı dekorasiyalar qurulur, kastinqlər aparılır.Hazırda rejissor Vaqif Mustafayevin "Molla Nəsrəddin-çətingünlərimin dostu" filminin çəkilişləri davam edir. Növbəti çəkilişgünləri üçün dekorasiyalar qurulur.

“Molla Nəsrəddin- çətin günlərimin dostu” filmi ortaq türkmədəniyyətinə xidmət edir. Layihədə 5 türkdilli ölkə (Türkiyə,Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan) iştirak edir.Kinostudiyada çəkilişə hazırlıqları gedən növbəti film rejissorElxan Cəfərovun ekranlaşdırdığı uşaq filmidir. Film MədəniyyətNazirliyinin dəstəyilə çəkilir. Hazırda kinostudiyanın otaqlarındafilmin kastinqi, kiçik pavliyonda isə dekorasiyaların qurulmasıhəyata keçirilir. Filmin çəkilişlərinə isə avqust ayında startveriləcək.

C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası yerli və xariciistehsalçı şirkətlər üçün əməkdaşlığa açıqdır", - məlumatdabildirilir.

Qeyd edək ki, dünən gecə saatlarında kinostudiyanın pirotexnikaanbarında partlayış olub.

Kinostudiya
Kinostudiya
Kinostudiya
Kinostudiya
Kinostudiya
Kinostudiya
Chosen
9
10
az.trend.az

10Sources