AZ

"Azərbaycanfilm"dən partlayışla bağlı AÇIQLAMA: "Çəkilişlər davam edir"

"Ötən gecə baş verən yanğın hadisəsində "Azərbaycanfilm" kinostudiyasının binası zərər görməyib, xəsarət alan yoxdur".

Publika.az xəbər verir ki, bu barədə Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası məlumat yayıb.

Qeyd olunub ki, iyunun 26-da Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının arxa tərəfində yerləşən, uzun müddət istifadə olunmayan anbarda baş verən partlayışla bağlı hadisə yerində Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları işləyirlər, hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir.

"Mədəniyyət, Fövqəladə Hallar nazirlikləri və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunublar. Hadisə ilə bağlı araşdırmalardan sonra ictimaiyyətə rəsmi məlumat veriləcək.

Seçilən
18
4
publika.az

10Mənbələr