EN

Partlayış kinostudiyanın fəaliyyətinə təsir göstərməyib - "Azərbaycanfilm"

İyunun 26-da Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında baş verən partlayışda bina zərər görməyib, xəsarət alan yoxdur. Baş verən hadisə ilə bağlı araşdırmalardan sonra ictimaiyyətə rəsmi məlumat veriləcək.

"Unikal" xəbər verir ki, bu barədə kinostudiyadan məlumat verilib.
Bildirilib ki, kinostudiyanın arxa tərəfində yerləşən, uzun müddət istifadə olunmayan anbarda baş verən partlayışla bağlı hadisə yerində Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının, Mədəniyyət Nazirliyinin əməkdaşları işləyir, hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırmalar davam edir. Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumlar tərəfindən təhlükəsizlik tədbirləri görülür, əraziyə texniki ekspertlər cəlb olunub.

Qeyd olunub ki, kinostudiya gündəlik fəaliyyətini davam etdirir. Pavilyonlarda film çəkilişləri ilə bağlı dekorasiyalar qurulur, kastinqlər aparılır. Hazırda rejissor Vaqif Mustafayevin "Molla Nəsrəddin-çətin günlərimin dostu" filminin çəkilişləri davam edir. Növbəti çəkiliş günləri üçün dekorasiyalar qurulur.

Chosen
9
9
unikal.az

10Sources