EN

Milli komandaya qayıtdı

Footbal-plus portalından verilən məlumata əsasən, ain.az bildirir.

Pavel Nedved bundan sonra Çexiya yığmasında çalışacaq.Yerli federasiyanın mətbuat xidmətinin xəbərinə görə, 52 yaşlı sabiq futbolçu milli komandanın baş meneceri təyin edilib. Nedved Çexiyanın əsas və U-21 komandasına cavabdeh olacaq."Football-plus.az" xatırladır ki, Nedved 2009-cu ildə futbolçu karyerasını başa vurduqdan sonra “Yuventus”da işləyib. Əvvəlcə idarə heyətinin üzvü, 2015-ci ildə isə vitse-prezident olub. Nedved klub rəhbərliyinin maliyyə planında qayda pozuntularına yol verməsi ilə bağlı araşdırmalara görə 2023-cü ilin yanvarında 8 aylıq futboldan uzaqlaşdırılıb. O, bu ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Şabab” klubuna idman direktoru təyin edilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
15
1
icma.az

7Sources