“Neftçi”nin yeni transferi, paraqvaylı sol vinger Luis Ortis Azərbaycan klubunun mətbuat xidmətinə açıqlama verib.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu yeni klubundakı hədəfləri barədə danışıb:
“Neftçi”də məqsədim irəliyə getmək, bu mövsüm komandanın hədəflərinə çatması üçün faydalı oyunçu olmaqdır”.
25 yaşlı vinger “Futbolçu kimi 3 əsas xüsusiyyətin hansılardır?” sualını belə cavablandırıb: “Düşünürəm ki, top qəbulu, zərbə və sürətdir”.
Ləqəbinin Luço olduğunu bildirən paraqvaylı hobbisi və kumirindən də söz açıb: “Futboldan savayı, idman yarışlarını və basketbolu sevirəm. Kumirim həmişə Kristiano Ronaldo olub. Onun “Real”dakı oyunlarına baxırdım”.
Xatırladaq ki, Paraqvayın “Sportivo Ameliano” klubundan icarəyə götürülmüş Luis Ortis “Neftçi” ilə 1 illik müqavilə imzalayıb.