“Neftçi”nin yeni transferi Luis Ortis klubun mətbuat xidmətinə açıqlama verib. 


Rekord.az xəbər verir ki, o, klubdakı hədəfləri barədə deyib: 


“Neftçi”də məqsədim irəliyə getmək, bu mövsüm komandanın hədəflərinə çatması üçün faydalı oyunçu olmaqdır”.


25 yaşlı vinger “Futbolçu kimi 3 əsas xüsusiyyətin hansılardır?” sualını belə cavablandırıb: “Düşünürəm ki, top qəbulu, zərbə və sürətdir”.


Ləqəbinin Luço olduğunu bildirən paraqvaylı hobbisi və kumirindən də söz açıb: “Futboldan savayı, idman yarışlarını və basketbolu sevirəm. Kumirim həmişə Kriştiano Ronaldo olub. Onun “Real”dakı oyunlarına baxırdım”.


Xatırladaq ki, Paraqvayın “Sportivo Ameliano” klubundan icarəyə götürülən Luis Ortis “Neftçi” ilə 1 illik müqavilə imzalayıb.