AZ

Luis Ortis: “Neftçi”də məqsədim irəliyə getməkdir

“Neftçi”nin yeni transferi Luis Ortis klubun mətbuat xidmətinə açıqlama verib. 

“İki sahil” xəbər verir ki, o, klubdakı hədəfləri barədə deyib: “Neftçi”də məqsədim irəliyə getmək, bu mövsüm komandanın hədəflərinə çatması üçün faydalı oyunçu olmaqdır”.

25 yaşlı vinger “Futbolçu kimi 3 əsas xüsusiyyətin hansılardır?” sualını belə cavablandırıb: “Düşünürəm ki, top qəbulu, zərbə və sürətdir”.

Ləqəbinin Luço olduğunu bildirən paraqvaylı hobbisi və kumirindən də söz açıb: “Futboldan savayı, idman yarışlarını və basketbolu sevirəm. Kumirim həmişə Kriştiano Ronaldo olub. Onun “Real”dakı oyunlarına baxırdım”.

Xatırladaq ki, Paraqvayın “Sportivo Ameliano” klubundan icarəyə götürülən Luis Ortis bu gün “Neftçi” ilə 1 illik müqavilə imzalayıb.

Seçilən
3
6
ikisahil.az

7Mənbələr