EN

Trampdan İrana yeni “barışıq paketi”: 30 milyard dollar yardım, yeni nüvə obyektinə yaşıl işıq - ŞOK GƏLİŞMƏ

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İranla gərginliyi azaltmaq və Tehranın nüvə fəaliyyətini nəzarətə almaq üçün yeni təklif irəli sürüb. CNN telekanalının məlumatına görə, təklif paketində həm maliyyə, həm də texniki imtiyazlar əksini tapıb.

Məlumata əsasən, Tramp administrasiyasının İrana təqdim etdiyi əsas şərtlər bunlardır:

İrana 30 milyard dollarlıq yardım – Bu vəsait yalnız mülki nüvə proqramı üçün nəzərdə tutulacaq. Zənginləşdirilmiş uran istehsalına qəti şəkildə icazə verilməyəcək. Yardımın maliyyələşdirilməsi isə ABŞ-ın Körfəz regionundakı müttəfiqləri tərəfindən qarşılanacaq.

İranın dondurulmuş 6 milyard dolları sərbəst buraxılacaq – Bu addım, İran iqtisadiyyatının rahatladılması və danışıqlar prosesində konstruktiv mövqe sərgiləməsi üçün nəzərdə tutulur.

Bombalanmış Fordo obyektinin əvəzində yeni nüvə mərkəzi – ABŞ Tehrana yeni nüvə obyekti tikməyə razılıq verir. Lakin bu obyektin zənginləşdirmə funksiyası olmayacaq və yalnız tədqiqat və enerji məqsədli fəaliyyətlə məhdudlaşdırılacaq.

Bu təklifin İran tərəfindən necə qarşılanacağı və regionda gərginliyin azaldılmasına real təsir göstərib-göstərməyəcəyi yaxın günlərdə bəlli olacaq.

 

Musavat.com

Chosen
15
11
musavat.com

10Sources