Rusiya prezidenti Vladimir Putinin “Oreşnik” raket sisteminin seriyalı istehsalına başlanması ilə bağlı sözləri NATO üçün pis xəbərdir.
Publika.az xəbər ki, bu barədə hərbi analitik Draqo Bosnik InfoBRICS portalı üçün məqaləsində bildirib.
“Bu o deməkdir ki, Kreml artıq bu müasir silahların müəyyən ehtiyatına malikdir və bu, yumşaq desək, NATO üçün pis xəbərdir”, - o yazıb.
Ekspertin fikrincə, “Oreşnik”in strateji təsirini qiymətləndirmək olmaz. Bundan əlavə, Rusiya üçün onun kütləvi istehsalı nisbətən asandır, çünki o, artıq seriyalı istehsalda olan mövcud dizayna əsaslanır.