Rusiya prezidenti Vladimir Putinin “Oreşnik” raket sisteminin seriyalı istehsalına başlanması ilə bağlı sözləri NATO üçün pis xəbərdir.
NOCOMMENT.az xəbər verir ki, bu barədə hərbi analitik Draqo Bosnik InfoBRICS portalı üçün məqaləsində bildirib.
“Bu o deməkdir ki, Kreml artıq bu müasir silahların müəyyən ehtiyatına malikdir və bu, yumşaq desək, NATO üçün pis xəbərdir”, – o yazıb.
Ekspertin fikrincə, “Oreşnik”in strateji təsirini qiymətləndirmək olmaz. Üstəlik, Rusiya üçün onu kütləvi istehsal etmək nisbətən asandır, çünki o, artıq seriyalı istehsalda olan mövcud dizayna əsaslanır.
Daha əvvəl Putin Rusiyada “Oreşnik” raket sisteminin seriyalı istehsalının artıq aparıldığını bildirib. O qeyd edib ki, bu ballistik raket döyüş şəraitində özünü çox yaxşı sübut edib.