EN

“Sheki Open” beynəlxalq şahmat festivalı başa çatıb, qalib bəlli olub

Şəkidə “Sheki Open” beynəlxalq şahmat festivalı sona çatıb.

A qrupunda 9 turda hamıdan çox - 8 xal toplayan Azərbaycan şahmatçısı Xaqan Əhməd qalib olub.

7 xal toplayan Ukrayna şahmatçısı Vasili Bernardski turniri ikinci pillədə başa vurub. Azərbaycanın digər şahmatçısı Vüqar Manafov 6,5 xalla üçüncü yerdə qərarlaşıb.

B qrupunda təmsilçimiz Teymur Soltanov 8 xalla turnirin qalibi adını qazanıb. Yusif Kərimli ilə Hüseyn Qurbanov müvafiq olaraq 2-3-cü yerləri tutublar.

Qeyd edək ki, “Sheki Open" Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan"ın bir mərhələsidir. İyunun 27-də layihənin növbəti yarışı - “Shamaxhi Open” turniri start götürəcək.

Chosen
50
34
cbcsport.az

10Sources