AZ

Şahmat üzrə “Lankaran Open” festivalının açılış mərasimi olub

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 7 iyul, AZƏRTAC

Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan" layihəsi “Lankaran Open” festivalı ilə davam edir.

AŞF-dən AZƏRTAC-a verilən məlumata görə, bu gün Lənkəranda yarışın açılış mərasimi keçirilib. Turnirdə 4 ölkə təmsil olunur. A qrupunda 38, B qrupunda isə 140 şahmatçı çıxış edir.

Qeyd edək ki, "Lankaran Open" İsveçrə sistemi üzrə doqquz turda keçiriləcək və iyulun 13-də başa çatacaq. Festival çərçivəsində rapid və blits turniri də təşkil olunacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
7
25
azertag.az

10Mənbələr