Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşəbbüsü ilə keçirilən "Chess Tour Azerbaijan" layihəsi “Lankaran Open” festivalı ilə davam edir.
AŞF-in mətbuat xidmətindən verilən məlumata görə, bu gün Lənkəranda yarışın açılış mərasimi keçirilib.
Turnirdə 4 ölkə təmsil olunur. A qrupunda 38, B qrupunda isə 140 şahmatçı çıxış edir.
Qeyd edək ki, "Lankaran Open" İsveçrə sistemi üzrə doqquz turdan ibarət olacaq və iyulun 13-də başa çatacaq. Festival çərçivəsində rapid və blits turniri də təşkil ediləcək.
İdman.biz