EN

Trampın Rusiyanın qalib gələcəyinə inamı Zelenskini özündən çıxardı – ABŞ generalı da Ukraynanı dəstəklədi


NATO-nun Avropadakı yeni baş komandanı və ABŞ-ın Avropadakı baş komandanı general Aleksus Qrinkeviç ABŞ Senatında Ukraynanın Rusiyaya qarşı müharibədə qalib gəlmə potensialına malik olduğunu ifadə edib.

"İnanıram ki, Ukrayna qalib gələ bilər. Vətəniniz təhlükə altında olanda, bizim təsəvvür etməkdə çətinlik çəkdiyimiz bir əzmlə döyüşürsünüz, çünki biz heç vaxt belə vəziyyətdə olmamışıq" – deyə Ukrayna müqavimətinin gücü haqqında danışan Qrinkeviç bildirib.

General Qrinkeviçin bu optimist açıqlmaması ABŞ prezidenti Trampın daha ehtiyatlı yanaşması ilə ziddiyyət təşkil edir. NATO sammiti öncəsi jurnalistlərə açıqlama verən Tramp Ukrayna prezidenti Zelenskinin “olmaması gərkən çətin vəziyyətdə” olduğunu deyib. Tramp Rusiyanı “hərbi maşın” adlandırıb və Ukraynanın hazırkı vəziyyətindəki çətinliklərə diqqət çəkib.

Zelenski isə Trampın Rusiyanın qalib gələcəyinə inamını tənqid edib: "O, bunu açıq şəkildə söylədi və bunu ətrafındakı bəzi adamlarla paylaşdığını da bilirəm. Bunun doğru olmadığını dəfələrlə demişəm - bu qələbə deyil".

Ukrayna lideri iddia edib ki, Rusiya sadəcə hərbi təşəbbüsü ələ keçirib, lakin bu, yekun nəticə demək deyil.

Zelenski deyib ki, ABŞ-ın hərbi yardımının davam etməsi Rusiyanın qələbə şansını əhəmiyyətli dərəcədə azaldacaq. Ukrayna prezidenti xəbərdarlıq edib ki, Qərbin dəstəyi olmasa, ölkəsinin müdafiə qabiliyyəti ciddi şəkildə zəifləyəcək.

Kreml sözçüləri isə Trampın Rusiyanın hərbi imkanlarına dair dəyərləndirməsinin “Amerika xalqı üçün faydalı ola biləcəyini” deyirlər.

Ekspertlər NATO-nun yeni komandanının bu açıqlamaları ilə həm Ukraynaya mənəvi dəstək, həm də Rusiyaya hədə-qorxu gəldiyini bildirir. Eyni zamanda müharibənin gedişatının həm cəbhədəki proseslərdən, həm də qarşıdakı aylarda beynəlxalq dəstəyin davamlılığından asılı olacağını vurğulayırlar.

TAHİR

Chosen
35
50
baki-xeber.com

10Sources