EN

"Sabah"ın rəqibi ispaniyalı müdafiəçi transfer etdi

BAKI. 26 iyun. TELEQRAF

"Sabah" komandasının UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi Sloveniya "Tsele"si yeni futbolçu transfer edib.

Teleqraf klubun rəsmi saytına istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi David Kastro ilə 30 iyun 2027-ci ilədək müqavilə bağlanılıb.

İspaniyalı oyunçu daha əvvəl vətənində "Estradense", Seltiqa", "Pontevedra", "Valensiya"nın ikinci komandası, "Numansiya" və "Rasinq Ferrol" kollektivlərində çıxış edib.

Qeyd edək ki, "Sabah" "Tsele" ilə ilk oyununu iyulun 10-da evdə, cavab görüşünü iyulun 17-də səfərdə keçirəcək.

Chosen
47
50
teleqraf.com

10Sources