BAKI. 29 iyun. TELEQRAF
Avstriyada təlim-məşq toplanışında olan "Sabah" komandası ilk yoxlama matçını keçirib.
Teleqraf xəbər verir ki, rəqib Rumıniyanın "Rapid" (Buxarest) komandası olub.
Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb. Oyun ərzində iki dəfə hesabda geri düşən Azərbaycan təmsilçisi bərabərliyi təmin edə bilib.
Növbəti yoxlama oyunu iyunun 3-də Macarıstan "Pakş"ına qarşı olacaq.
Qeyd edək ki, "Sabah" UEFA Avropa Liqasında mübarizə aparacaq. I təsnifat mərhələsində rəqib Sloveniya "Tsele"si olacaq. İlk oyun iyulun 10-da evdə, cavab görüşü iyulun 17-də səfərdə keçiriləcək.