EN

Trampdan İsrail və İranla bağlı ilginc açıqlama: Onlar uşaq kimi...

ABŞ prezidenti Donald Tramp NATO liderlərinin sammitində çıxış edib.

Publika.az ABŞ mətbuatına istinadən xəbər verir ki, Tramp NATO-nun baş katibi Mark Rutte ilə birlikdə jurnalistlərin suallarını cavablandırıb.

O, İsrail-İran münaqişəsinin 12-ci günündə atəşkəsin sona çatması mövzusuna toxunub:

“NATO çox güclü olacaq. Mən İsrail və İranla fəxr edirəm. Atəşkəs yaxşı gedir. 4 gün ərzində İranla bağlı irəliləyiş ola bilər. İran uzun müddət bomba istehsal edə bilməyəcək. İran uranı zənginləşdirə bilməz. Bu, hər kəs üçün ciddi qələbədir. İran və İsrail iki uşaq kimi döyüşürdülər”.

Chosen
14
42
publika.az

10Sources