AZ

“İsrail-İran atəşkəsi əla gedir”

Hollandiyanın Haaqa şəhərində NATO-nun Dövlət və Hökumət Başçıları Sammitinin bu gün ikinci iş günüdür.

NATO-nun baş katibi Mark Rutte, NATO Sammitinin son günü öncəsi mətbuata verdiyi açıqlamada, yeni maliyyə öhdəliyinin bir çox ölkələr üçün siyasi baxımdan çətin olsa da, Rusiyadan gələn təhlükə və mövcud qlobal qeyri-sabitlik səbəbindən yeganə həll yolu olduğunu bildirib.

Rutte, hədəfin bugünkü liderlər toplantısında qəbul ediləcəyinə dair optimist olduğunu vurğulayaraq, “ABŞ-ın NATO-ya tam bağlı olduğu, 5-ci maddəyə tam bağlı olduğu tam aydındır. Bu gün Kanadalılar və avropalıların da özümüzü ruslara və başqalarına qarşı müdafiə edə bilməmiz üçün xərclərini artıracağına dair bir gözlənti var”, – deyib. NATO-nun ən mühüm maddəsi hesab edilən 5-ci maddə “Tərəflər Avropada və ya Şimali Amerikada onlardan birinə və ya bir neçəsinə qarşı silahlı hücumun hamısına qarşı hücum kimi qiymətləndirilməsi ilə razılaşırlar”, – deməkdir.

ABŞ prezidenti Donald Tramp Haaqaya gedərkən Hərbi Hava Qüvvələrinin “Air Force Once” təyyarəsində ABŞ-ın 5-ci maddə ilə bağlı olub-olmaması ilə bağlı suala cavab olaraq, “Bu, sizin tərifinizdən asılıdır. 5-ci maddənin bir çox tərifləri var. Elə deyilmi? Mən dost olmağı sevirəm. İnsanların həyatını və təhlükəsizliyini xilas etməyə borcluyam. Mən ora çatanda sizə qəti bir tərif verəcəyəm. Bunu bir təyyarədə oturaraq etmək istəmirəm “, – deyib.

 

13.20 – Açılış çıxışları edildi

NATO-nun baş katibi Mark Rutte sessiyanın açılışındakı çıxışında ABŞ prezidenti Donald Trampın müdafiə xərclərinin artırılmasında oynadığı rolu yüksək qiymətləndirib.

Rutte bugünkü iclasın gündəmində Rusiya-Ukrayna müharibəsinin də olacağını bildirmiş, daha sonra Hollandiyanın baş naziri Dik Şufun açılış nitqi söylədi. Bunun Hollandiyada keçirilən ilk NATO zirvəsi olduğuna diqqət çəkən Şuf, “Kollektiv müdafiəmizdə görünməmiş bir artım olacaq” dedi. Hollandiya Baş naziri sülhü qiymətləndirmək anlayışının Ukrayna müharibəsi ilə ortaya çıxdığını ifadə edərək, “Sülhün bir qiyməti var” dedi.

 

13.10 – Ailə fotosu çəkilib

Türkiyəni prezident Rəcəb Tayyib Ərdoğanın təmsil etdiyi NATO Liderlər Zirvə toplantısında ailə şəkli çəkilib. Ərdoğan fotoda İngiltərə baş naziri Keir Starmer və İsveç baş naziri Ulf Kristersson arasında olub.

Ailə fotosundan sonra tamaşaçılar zala keçiblər. Burada prezident Ərdoğanla ABŞ prezidenti Donald Trampın qısa söhbəti anlar kameraya düşüb. Ərdoğan iclasın keçirildiyi salonda İspaniyanın baş naziri Pedro Sançeslə də söhbət edib.

 

11.25 - Rutte və Trampın birgə bəyanatı

NATO-nun baş katibi Mark Rutte və ABŞ prezidenti Donald Tramp sammitin ikinci günündə birgə mətbuat konfransı keçirib.

İsrail-İran atəşkəsin necə irəlilədiyi ilə bağlı sualı cavablandıran Tramp atəşkəsin çox yaxşı getdiyini bildirib. Kiçik bir pozuntu olduğunu, lakin İsrail təyyarələrinin geri çəkildiyini bildirən Tramp, atəşkəsin əla getdiyini təkrarladı.

ABŞ prezidenti Tramp İsrail və İran arasındakı münaqişə ilə bağlı “Məktəb həyətindəki iki uşaq kimi böyük dava etdilər” dedi. Tramp deyib ki, bir müddət “iki tərəfin döyüşməsinə icazə verməyin” və sonra onları dayandırmağın asan olacağını düşünüb.

İranın nüvə proqramı ilə bağlı sualı da cavablandıran Tramp deyib ki, İranın hazırda etmək istədiyi son şey uranı zənginləşdirməkdir. Tramp həmçinin İranın nüvə proqramına icazə verməyəcəklərini təkrarlayıb.

Atəşkəsin İran üçün də böyük bir zəfər olduğunu, onların nefti və ağıllı adamları olduğunu ifadə edən Tramp, “(İsrailin baş naziri Benyamin) Netanyahu özü ilə fəxr etməlidir... Amma (İran) uzun müddət bomba istehsal etməyəcək”, – deyib.

Tramp nüvə obyektləri məhv edilməsə, heç kimin atəşkəsi qəbul etməyəcəyini, İranın 7 gün əvvəlki ilə müqayisədə xeyli geridə olduğunu, İranın nüvə proqramının onilliklər geriyə getdiyini bəyan edib.

ABŞ prezidenti açıqlamasında Yaponiyanın İkinci Dünya müharibəsində ABŞ-ın atom bombası atdığı iki şəhərə işarə edərək, “Hirosima və Naqasaki nümunələrindən istifadə etmək istəmirəm, lakin bu, müharibəni dayandıran zərbə oldu”, – deyib.

Tramp İranın nüvə proqramını yenidən quracağı təqdirdə ABŞ-ın İranı yenidən vurub-vurmayacağı sualına “Əlbəttə” deyə cavab verib və “Əgər uğursuz olsaydıq, hər şey başqa cür olardı”, – deyib.

Tramp ABŞ mətbuatında ABŞ-ın İrana hücumlarının nüvə obyektlərinə böyük ziyan vurmadığına dair əksini tapdığı xəbərlə bağlı mətbuat təşkilatlarını hədəf almağa davam edib.

ABŞ prezidenti “The New York Times (NYT) murdardır, onlar pis insanlardır” deyərək CNN-də jurnalistlər üçün “axmaqlar” sözlərini işlədib.

Mətbuatda əksini tapan və ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) əsaslanan hesabatda ABŞ-ın hücumlarının İranın nüvə proqramını yalnız bir neçə ay geri çəkdiyi bildirilir. İranın nüvə obyektləri ilə bağlı kəşfiyyat məlumatlarının dəqiq olub-olmaması sualına cavab verən Tramp kəşfiyyat məlumatlarının nəticəsiz olduğunu müdafiə edib. ABŞ prezidenti, “Kəşfiyyat deyir ki, biz bilmirik. Bu, çox ciddi ola bilər. Kəşfiyyat buna işarə edir”.

İsrailin hücumu, blokadası və işğalı altında olan Qəzza haqqında danışan ABŞ prezidenti, “Qəzzada böyük irəliləyiş əldə etdik. Razılaşmaya yaxınıq”, – deyib. Tramp İrana hücumların Qəzzada girovların azad edilməsinə də kömək edəcəyini iddia edib.

Görüş zamanı ABŞ dövlət katibi Marko Rubio da çıxış edərək, ABŞ-ın hücumlarından sonra “İranın nüvə obyektini xəritədə belə tapa bilmədiklərini” ifadə edərək, “Hər şey yox oldu. Silindi”, – deyib.

***

ABŞ prezidenti Donald Tramp sosial media hesabında ABŞ-ın İranın nüvə obyektlərinə hücumunun Tehranın nüvə silahı istehsal etmək qabiliyyətinə tam mane olmadığına dair paylaşımında CNN və “The New York Times”ı “yalan danışmaqda” ittiham edib.

Tramp, “Truth Social” hesabında yazdığı bir yazıda, ABŞ mediasında İranın nüvə obyektlərinə edilən hücumun “nüvə obyektlərinə tam təsir etmədiyini, yalnız işləri bir neçə ay gecikdirdiyini” iddia edən xəbərlərə reaksiya verdi. ABŞ prezidenti “Saxta xəbər kanalı CNN-in uğursuz “The New York Times” ilə birlikdə tarixin ən uğurlu hərbi hücumlarından birini səmərəsiz etmək üçün komanda yaratdığını”, –  deyib.

“İrandakı nüvə obyekti tamamilə dağıdılıb. Həm NYT, həm də CNN ictimaiyyət tərəfindən sərt şəkildə tənqid olunur”, - deyə Tramp ABŞ-ın nüfuzlu media orqanlarını saxta xəbərlərdə ittiham edib.

Seçilən
11
42
vaxt.az

10Mənbələr