AZ

Tramp: İranla münaqişədə İsrail çox əziyyət çəkdi- ÖZƏL

ABŞ Prezidenti Donald Tramp İranla silahlı münaqişədə İsrailin ciddi zərər gördüyünü bildirib. Olaylar.az xəbər verir ki,  NATO sammiti çərçivəsində təşkilatın baş katibi Mark Rutte ilə görüşdə çıxış edən Tramp deyib:
"İsrail xüsusilə son bir neçə gündə çox əziyyət çəkdi. İranın ballistik raketləri İsrailə ciddi zərər vurdu. Onlar çoxlu sayda binanı məhv etdilər."
Eyni zamanda Tramp İsrailin münaqişə zamanı peşəkarlıq nümayiş etdirdiyini vurğulayıb və ölkənin Baş naziri Benyamin Netanyahunun bu uğura görə qürur duymalı olduğunu qeyd edib.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bundan az sonra İran cavab zərbələri endirib. Münaqişənin eskalasiyasından doqquz gün sonra - iyunun 22-nə keçən gecə ABŞ münaqişəyə qoşularaq İranın üç nüvə obyektinə hücum edib. İyunun 23-ü axşam saatlarında isə İran ABŞ-nin Qətərdə yerləşən, Yaxın Şərqdəki ən böyük aviabazası sayılan Əl-Udeyd bazasına raket zərbəsi endirib. ABŞ hakimiyyətinin verdiyi məlumata görə, hücum nəticəsində xəsarət alan olmayıb və ciddi dağıntı qeydə alınmayıb.
Sonradan Donald Tramp bildirib ki, İsrail və İran atəşi tamamilə dayandırmaq barədə razılığa gəliblər. Atəşkəs iyunun 24-dən etibarən qüvvəyə minib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
12
42
olaylar.az

10Mənbələr