EN

Tramp: İsrail İrandan çox əziyyət çəkib

ABŞ prezidenti Donald Tramp ballistik raketlərdən istifadə edən İranın hücumu nəticəsində İsrailə ciddi ziyan dəydiyini bildirib.

Musavat.com xəbər verir ki, bu barədə o, NATO sammiti çərçivəsində alyansın baş katibi Mark Ryutte ilə görüşündə bildirib.

“İsrail, xüsusilə son bir neçə gündə çox ağır zərər görüb. İranın ballistik raketləri nəticəsində İsrail ciddi itkilər yaşadı. Onlar çoxsaylı binaları dağıdıblar”, – deyə Tramp NATO sammiti çərçivəsində alyansın baş katibi Mark Ryutte ilə görüşündə qeyd edib.

Bununla belə, Trampın sözlərinə görə, silahlı münaqişə zamanı İsrail özünü yüksək səviyyədə göstərib. ABŞ Prezidentinin fikrincə, İsrailin Baş naziri Benyamin Netanyahu “özü ilə fəxr etməlidir”.

İsrail 13 iyun gecəsi İrana qarşı hərbi əməliyyata başlayıb. Bir sutkadan az müddətdə İran İslam Respublikası cavab hücumu həyata keçirib. ABŞ isə münaqişənin eskalasiyasından doqquz gün sonra, 22 iyun gecəsi İrana məxsus üç nüvə obyektini vurmaqla münaqişəyə daxil olub. 23 iyun axşamı Tehran Qətərdə yerləşən və Yaxın Şərqdəki ən böyük ABŞ hərbi bazası sayılan Əl-Üdeydə raket zərbəsi endirib. ABŞ hakimiyyətinin bildirdiyinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb və ciddi dağıntı qeydə alınmayıb. Daha sonra Tramp bəyan edib ki, İsrail və İran atəşi tamamilə dayandırmağa razılaşıblar. Atəşkəs 24 iyun tarixində qüvvəyə minib.

Musavat.com

Chosen
17
42
musavat.com

10Sources