EN

Tramp: "İran və İsrail məktəbdə dava edən uşaqlar kimidir"

ABŞ prezidenti Donald Tramp İsrail və İran arasında bitən münaqişədən danışıb. 

Far.Az xəbər verir ki, Tramp hər iki ölkənin davranışını məktəbdə dava edən uşaqlara bənzədib.

"İran və İsrail məktəbdə dava edən iki uşaq kimidir. Onlara 2-3 dəqiqə vaxt versəniz, bu davanı özləri dayandıracaqlar" - deyə ABŞ dövlət başçısı qeyd edib. 

Tramp iki ölkə arasında atəşkəsin əldə olunmasını da yüksək qiymətləndirib:

"Atəşkəs prosesi yaxşı irəliləyir. Onlar artıq döyüş təyyarələrini geri çəkiblər. İranın bu qədər şeydən sonra "Gəlin, bomba ataq" deməyi ən son istəyə biləcəyi şey olardı. Onlar indi yalnız yaralarını sağaltmaq istəyirlər".

O, həmçinin İranın hazırkı vəziyyətini isə belə şərh edib:

"İranın yeraltı bazaları alov içindədir, hər yer qara tüstüyə bürünüb. Biz gəlməmişdən əvvəl onların məlumatı vardı, bu da deməkdir ki, həmin obyektlərdə çox adam yox idi. İranın nüvə proqramı illərlə geriyə atıldı".

ABŞ lideri İsrailin də bu münaqişədə böyük zərbələr aldığını deyib:

"İsrailə atılan ballistik raketlər ciddi ziyan vurdu.  Netanyahu bu dözümlülüyə görə qürur duymalıdır".

Trampın sözlərinə görə, ABŞ-nin İranla münasibətləri bu hadisələrdən sonra daha müsbət səviyyəyə çatıb:

 "Onlar artıq cəhənnəmi gördülər. İran indi neft çıxarmaqla məşğul olacaq. Əgər yenidən uranı zənginləşdirməyə cəhd etsələr, ABŞ bir daha zərbə endirəcək".

Tramp sonda vurğulayıb ki, İran və İsrail arasında yaşanan son qarşıdurma artıq başa çatıb və bu ölkələr bundan sonra bir-biri ilə münaqişəyə etməyəcək.

Qeyd edək ki, İran və İsrail arasında iki həftə davam edən gərginlikdən sonra ötən gün atəşkəs barədə razılıq əldə olunub.

Chosen
14
42
far.az

10Sources