İsrailin iranlı alimləri qətlə yetirməsi ölkənin nüvə proqramını dayandıra bilməyəcək.
7News.Az-ın "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə İran İslam Respublikasının təhlükəsizlik sahəsindəki mənbəsi bildirib.
Onun sözlərinə görə, İran, həqiqətən də, vacib mütəxəssislərini itirib. İsrail isə bu alimlərə qarşı "ov"a hələ indiki münaqişədən çox əvvəl başlayıb:
"Lakin bu itkilərə baxmayaraq, İranın nüvə proqramı dayanmayıb, indi isə ümumiyyətlə heç vaxt dayanmayacaq", - deyə mənbə vurğulayıb.
Qeyd edək ki, 13 iyun tarixində İsrailin Tehrana endirdiyi zərbə nəticəsində üç nüvə fizikası üzrə mütəxəssis həlak olub. Onların arasında Mohəmməd Mehdi Tehrançi və İranın Atom Enerjisi Təşkilatının sabiq rəhbəri Fereydun Abbasi də yer alırdılar.
Xatırladaq ki, 2021-ci ildə də məşhur iranlı nüvə fizikası alimi Möhsün Fəxrizadə İsrail xüsusi xidməti "Mossad"ın təşkil etdiyi hücum nəticəsində robot-pulemyot vasitəsilə qətlə yetirilmişdi.