Moskva ilə Sankt-Peterburq arasında hava əlaqəsi iflic olub.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Turoperatorları Assosiasiyası məlumat yayıb.
Məlumata əsasən, günortaya planlaşdırılan 52 reysdən 30-u ləğv edilib, 9-u isə gecikib.
Qurumdan bildirilib ki, Sankt-Peterburqdan Moskvaya gedən qatarlara biletlər tamamilə satılıb.
Assosiasiya iyulun 5-də uçuşların təxirə salınması və ləğv edilməsinin ən azı 75 min sərnişinin planlarına təsir etdiyini qeyd edib.