Babək qalasına yürüş edən güneyli gənc fəallar – Möhsün Möhsünzadə və Behzad Dəşti İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.
News24.az Globalinfo.az-a istinadən xəbər verir ki, İranın Təhlükəsizlik qüvvələri onlardan Babəkin doğum günündə bir daha “Babək” qalasında olmamağı tələb edib.
Lakin saxlanılanlar bu qəsrin Azərbaycan millətinin kimliyinin, müqavimətinin simvolu olduğunu və burada olmağımıza heç kimin mane ola bilməyəcəyini bildirərək təhlükəsizlik qüvvələrinə cavab veriblər.
Möhsünzadə və Dəşti bir neçə saat məmurlar tərəfindən dindirildikdən sonra sərbəst buraxılıb və onların şəxsi əşyaları və sənədləri, o cümlədən avtomobilin sənədləri əllərindən alınıb.
Qeyd edək ki, Möhsün Möhsünzadə 2022-ci il sentyabrın 21-də Ərdəbil şəhərinin Ciral parkında İranın təhlükəsizlik qüvvələri tərəfindən tutulmuşdu.
Tahir Turan