Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb.
Moderator.az xÉ™bÉ™r verir ki, bunu VÉ™killÉ™r Kollegiyasının (VK) sÉ™dri Anar Bağırov iyunun 25-dÉ™ Bakıda “Konstitusiya vÉ™ Suverenlik İli” çərçivÉ™sindÉ™ keçirilÉ™n qurumun RÉ™yasÉ™t HeyÉ™tinin geniÅŸtÉ™rkibli iclası vÉ™ vÉ™killiyÉ™ namizÉ™dlÉ™rin andiçmÉ™ mÉ™rasimindÉ™ deyib.
Onun sözlərinə görə, 2018-ci ildən bu günədək vəkilliyə qəbul üzrə ümumilikdə 14 test imtahanı təşkil olunub:
"Bu müddət ərzində imtahanlarda iştirak edən 6070 namizəddən 1820 nəfər uğur qazanaraq icbari təlim mərhələsini başa vurub və and içərək Vəkillər Kollegiyasının üzvü olub. Bugünkü mərasimdə isə daha 92 namizəd vəkil andı içərək quruma qəbul olunub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb. Namizədlərdən 60 nəfəri kişi, 32 nəfəri isə qadındır. Onlardan 20 nəfəri regionlarda, 72 nəfər isə paytaxtda fəaliyyət göstərəcək. Beləliklə, qadın vəkillərin sayı 580 nəfərə çataraq ümumi üzvlərin 21 faizini təşkil edəcək. Eyni zamanda bir hüquq elmləri doktoru vəkilliyə qəbulla bağlı andiçmə mərasimində iştirak edib".