AZ

Vəkillərimizin sayı 2701 nəfərə çatıb


Vəkillər Kollegiyasının (VK) sədri Anar Bağırov iyunun 25-də Bakıda “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən qurumun Rəyasət Heyətinin geniştərkibli iclası və vəkilliyə namizədlərin andiçmə mərasimində bəyan edib ki, Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb. Onun sözlərinə görə, 2018-ci ildən bu günədək vəkilliyə qəbul üzrə ümumilikdə 14 test imtahanı təşkil olunub: "Bu müddət ərzində imtahanlarda iştirak edən 6070 namizəddən 1820 nəfər uğur qazanaraq icbari təlim mərhələsini başa vurub və and içərək Vəkillər Kollegiyasının üzvü olub.
Bugünkü mərasimdə isə daha 92 namizəd vəkil andı içərək quruma qəbul olunub. Bununla da ölkədə fəaliyyət göstərən vəkillərin sayı 2701 nəfərə çatıb. Namizədlərdən 60 nəfəri kişi, 32 nəfəri isə qadındır."

Mətləb

Seçilən
26
12
baki-xeber.com

10Mənbələr