EN

"Məhz bu amil "Kayzerslautern"i seçməyimdə böyük rol oynayıb"

"Kayzerslautern" böyük klubdu, onun haqqında hələ Almaniyada futbol oynamazdan əvvəl məlumatlı idim".

"Football-plus.az" xəbər verir ki, bunu yeni klubunun rəsmi saytına açıqlamasında Mahir Emreli deyib.

Bu gün "Kayzerslautern"lə rəsmi müqavilə imzalayan 27 yaşlı futbolçu ona bəslənən ümidləri doğrultmağa çalışacağını bildirib:
"Nürnberq"də oynayarkən buradakı atmosferi, azarkeşlərin enerjisi məndə böyük təəssürat yaratmışdı. Məhz bu amil "Kayzerslautern"i seçməyimdə böyük rol oynayıb. Klubla yaxşı danışıqlar oldu və mənim keçidim üçün bütün güclərini sərf etdilər. Mənə göstərilən böyük etimadın əvəzini öz oyunumla ödəmək istəyirəm. Böyük səbirsizliklə debütü gözləyirəm. Məqsədlərə çatmaq üçün bütün bacarığımı nümayiş etdirəcəm".

Chosen
9
4
football-plus.az

5Sources